Premium Construction

Premium Construction

Əməyin mühafizəsi və təhlükəsizlik


Premium Construction MMC sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsinə böyük önəm verir. Şirkətin apardığı Siyasət öz işçilərininin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin etməyə imkan yaradır və aşağıdakiları daim dəstəkləmək üçün səylər göstərir:


• Azərbaycan Respublikasının Əməyin Mühafizəsi və Təhlükəsizliyə aid Qanunvericiliyi tərəfindən müəyyən olunmuş qaydaların, habelə müştəri şirkətlərin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühiti ilə bağlı tələblərin tətbiq və riayət etmək;

• İnsanlara, əməyə və ətraf mühitə verilən ziyan və xəsarətlərin qarşısını almaq;

• Fəaliyyət göstərdiyi bütün ölkələrdə sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit ilə bağlı qanunlara riayət etmək;

• Fəaliyyəti ilə bağlı dəyə biləcək risklərin dəyərləndirilməsini və mümkün qədər azadılmasını;

• Şirkət işçilərinə, podratçı və fəaliyyəti ilə bağlı ictimaiyyət üzvlərinə sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi ilə bağlı daim məlumat vermək, müxtəlif təlimatlar keçirtmək, şirkətin siyasət və prosedurları ilə məlumatlandırmaq;

• Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində şirkətin mövcud olan siyasətin saxlanılması və nəzarəti üçün hesabat sisteminin tətbiqi və riayət edilməsi.