Ekologiya və ətraf mühitin mühafizəsi
Premium Construction MMC tikinti sahəsində geniş xidmətlər göstərir. Buraya ətraf mühitə zərər verə biləcək işlərdə daxil ola bilər. Şirkətin apardığı Ətraf Mühitin Mühafizəsi Siyasəti ətraf mühitə ziyan vurmadan fəaliyyət göstərməyə imkan yaradır. Buna nail olmaq üçün Premium Construction Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi ilə əlaqəli qanunvericiliyinə, beynəlxalq standartlara və şirkətdə ətraf mühitin idarəetmə sisteminə uyğun öz fəaliyyətini göstərir.
Premium Construction MMC-nin kollektivi daim çalışır ki, ətraf mühitə verilən hər hansı bir mənfi təsir və ya ziyanı minimuma endirsin, fəaliyyəti ilə bağlı lazımsız tullantıların nəzarətsiz atılmasını azaltsın, tullantıların yenidən istifadəsi üçün emalını həyata keçirsin.
Premium Construction milli və beynəlxalq tənzimləyicı, sənaye kodekslər və konvensiyalar tərəfindən müəyyən ekolojı şərtləri və qaydaları izləyir, mütəmadi təlimlər keçirir və hər zaman həmin qaydalara riayət edir, şirkətdə hər bir işçi və podratçı prosedur, təlimat və qüvvədə olan ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericilik ilə məlumatlandırılır. Hər bir işçi çalışır ki, enerji resurslarından istifadəsini minimuma endirsin, su, elektrik, kağız və digər ağac məhsullarından məsuliyyətlə və səmərəli şəkildə istifadə etsin.
Həmçinin ekolojı fəaliyyəti yaxşılaşdırmaq üçün Premium Construction-da müxtəlif tədbirlər həyata keçirilir, məqsədlər qoyulur və monitorinq vasitəsi ilə ekologiya ilə bağlı hədəflərin yerinə yetirilməsi nəzarət olunur. Bu siyasətin effektivliyini müəyyən etmək üçün vaxtaşırı auditlər keçirilir.
Premium Construction MMC-nin rəhbərliyi tərəfindən daim lazımı dəstək və resurslar təmin olunur və şərait yaradılır ki, kollektivin hər bir işçisi ekologiyaya qarşı öz məsuliyyətini anlasın və ətraf mühitə hörmət ilə yanaşsın.