Premium Construction

Premium Construction

Premium Construction barədə


Premium Construction MMC 2006-cı ildə təsis olunmuşdur. Müəssisə müştərilərə tikinti, təmir, idarəetmə, təchizat sahələrində xidmət təklif etməkdədir. Gənc bir şirkət olmasına baxmayaraq, memarlıq nöqteyi nəzərdən və ictimai önəm kəsb edən layihələrin müəllifidir.

İşə kompleks yanaşma, yalnız müasir texnologiyalardan və yüksək tələblərə cavab verən inşaat materiallarından istifadə, həmçinin hər sahə üçün mütəxəssislərin olması şirkətin peşəkar və keyfiyyətli yanaşmasının göstəricisi və şirkət sloqanının əksidir.

Azərbaycanın rayonlarında və Gürcüstanda belə daimi əsasda işçi və ustaların mövcudluğu, bütün işlərə uzunmüddətli zəmanət verilməsi və təchizatçılarla qarşılıqlı faydalı əlaqələrin saxlanılması, təhlükəsizliyə böyük önəm verilməsi, tikinti norma və qaydalarına ciddi əməl edilməsi ən qəliz layihələrin belə təyin olunan müddətdə keyfiyyətlə başa çatmasına şərait yaradır.

Bütün layihələr konsepsiyasından başlayaraq tam təhvil verilmə mərhələsinə kimi Premium Construction MMC tərəfindən həyata keçirilir.
Premium Construction MMC-nin əsas məqsədlərindən biri müştərini məmnun edən yüksək keyfiyyətə malik olan xidmətlərin göstərilməsi, hər bir işçi üçün daha sağlam, təhlükəsiz əmək şəraitinin yaradılmasıdır.
Premium Construction MMC-nin layihələrinin əsasını inzibatı və ticarət binalarının, kənd təsərrüfatı malları və istehsalı komplekslərinin, sənaye müəssisələrinin, fərdi ev və villaların tikintisi və ya təmiri, restoran, idman və təsərrüfat avadanlıqlarının quraşdırılması təşkil edir.
Premium Construction MMC artıq əldə etdiyi nailiyyətlərə baxmayaraq, dayanmadan qarşısına qoyduğu iddialı məqsədlərə doğru irəliləyir.